Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi Almaniyanın “Anytraxt” klubunun U-19 kollektivi növbəti matçına çıxıb. Milimizin gənc futbolçusunun komandası Gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında səfərdə “Karlsrue” ilə qarşılaşıb.
Üç qolun vurulduğu oyunda qələbəni Frankfurt təmsilçisi bayram edib – 2:1.
Dadaşov bu oyunun iştirakçısı olmayıb. Ötən tur “Fraybruq”la oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçumuz bu oyunda Frankfurt klubuna kömək edə bilməyib. “Ayntraxt”ın U-19 komandasında çıxış edən Azərbaycanın U-19 millisinin üzvü Murad Mahmudov da bu görüşdə iştirak etməyib.
Ehtiyatda bir oyunu olan futbolçularımızın komandası hazırda 6 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.
