“Ayntraxt” futbolçusu Renat Dadaşovla yolları birdəfəlik ayırmağa hazırlaşır. Komanda yoldaşını döydüyü üçün klubdan qovulan millimizin üzvünə özünə yeni klub axtarmağa icazə verilib.
“Ayntraxt”ın idman direktoru Fredi Bobiç onunla görüşərək bu barədə Renata bildirib. Frankfurt təmsilçisinin R.Dadaşovla yolları ayırmaq istəməsi ilə bağlı qərarını böyük ehtimalla dəyişməyəcəyi vurğulanıb.
18 yaşlı futbolçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo"nun düşərgəsindədir. Renat formasını itirməmək üçün Regional Liqanın 4-cü divizionunda çıxış edən komanda ilə məşq edir.
