“Ayntraxt” baş məşqçisini göndərdi
09.05.2023 , 23:34

“Ayntraxt” baş məşqçisi Oliver Qlasneri göndərir.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqa klubu mövsümün sonunda mütəxəssislə yollarını ayıracaq.
48 yaşlı Qlasner 2021-ci ildən komandanl çalışdırırdı.
Komanda Bundesliqada mövsümün ikinci yarısında 14 oyunda 12 xal toplayaraq 31 turdan sonra 43 xalla 9-cu pillədə qərarlaşıb.
