Ayın qolunun müəllifi kim oldu?
18.10.2024 , 15:41

Azərbaycan 2-ci liqasında “Ayın qolu” layihəsinin ilk qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Dinamo” futbol klubunun üzvü Valeh Seyidov olub.
28 yaşlı hücumçu bu gün mükafatlandırılıb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 7-ci turun “Dinamo” – “Saatlı-Araz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.
