Ayın futbolçusu seçildi
14.05.2021 , 16:48

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Vest Hem”in yarımmüdafiəçisi Cessi Linqarddır.
28 yaşlı futbolçu ötən ay iştirak etdiyi 4 oyunda 4 qol vurub.
