Ayın ən yaxşısı türk futbolçu oldu
23.12.2019 , 23:16

“Şalke”də noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, mükafatı Helzenkirhen təmsilçisinin türk müdafiəçisi Ozan Kabak qazanıb.
19 yaşlı futbolçu azarkeşlərin qatıldığı sorğuda 48 faiz səs toplayıb.
Futbolçu bu mövsüm 13 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
