Ayın ən yaxşısı seçildi
06.05.2022 , 23:57

İspaniya La Liqasında aprelin ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Real”ın hücumçusu Kərim Benzemadır.
34 yaşlı forvard azarkeşlər arasında keçirilən sorğuda Pyerre-Emerik Obameyanq (“Barselona”), Ante Budimir (“Osasuna”), Borxa Mayoral (“Xetafe”), Xose Luis Morales (“Levante”), Yohan Moxika (“Elçe”) və Vedat Muriçi (“Malyorka”) qabaqlayıb.
Benzema keçən ay La Liqada 5 oyunda 4 qol vurub.
