Ayın ən yaxşısı seçildi
02.12.2020 , 20:18

“Mançester Yunayted”də noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu komandanın yarımmüdafiəçisi Bruno Fernandeşdir.
Bu barədə klubun saytı məlumat yayıb. O, bu il 5-ci dəfə ayın ən yaxşısı seçilib.
Fernandeş noyabrda 6 oyunda 6 qol vurub, 1 qolun ötürməsini verib.
