Ayın ən yaxşısı seçildi
27.02.2026 , 22:19
La Liqada fevral ayının ən yaxşı futbolçusu Jorj Mikautadze seçilib.
Korner.az xəbər verir ki, gürcü hücumçu bu uğuru çıxış etdiyi “Vilyarreal” klubunda göstərdiyi parlaq oyunlarla qazanıb.
Mikautadze fevralda “Espanyol”, “Xetafe”, “Levante” və “Valensiya” ilə matçlarda meydana çıxıb. “Espanyol” qarşısında bir qol vurub və bir məhsuldar ötürmə edən hücumçu, növbəti iki oyunda da fərqlənib. Yalnız “Valensiya” matçında məhsuldarlıq göstərə bilməyib.
Bu müddətdə “Vilyarreal” komandası üç qələbə qazanıb, bir dəfə isə məğlub olub. Mikautadze isə komandanın uğurlarında əsas rol oynayıb.