Ayın ən yaxşısı seçildi
04.04.2025 , 14:55

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşdir.
Portuqaliyalı oyunçu səsvermədə Jan-Rikner Belleqard (“Vulverhempton”), Antoni Elanqa, Nikola Milenkoviç (hər ikisi “Nottinqem Forest”), Deklan Rays (“Arsenal”) və Jan-Pol van Hekkeni (“Brayton”) qabaqlayıb.
30 yaşlı futbolçu mart ayında iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
