Ayın ən yaxşısı seçildi
04.01.2025 , 18:30
“Mançester Yunayted”də dekabr ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, Amad Diallodur.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı hücumçu ötən ay “Mançester Yunayted”də bütün turnirlərdə 9 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 4 qol ötürməsi edib.