Ayın ən yaxşısı seçildi
10.12.2024 , 18:22
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Liverpul”un hücumçusu Məhəmməd Salahdır.
Misirli oyunçu səsvermədə namizədlər arasında yer alan Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedronu (“Brayton”) qabalayıb.