Ayın ən yaxşısı adına namizədlər
24.10.2024 , 14:30

İspaniya La Liqasında oktyabrın ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Atletiko”dan (Madrid) Antuan Qrizmann (2 matçda 1 məhsuldar ötürmə), “Barselona”dan Robert Levandovski (2 matçda 5 qol), “Real Sosyedad”dan Mikel Oyarzabal (2 matçda 1 qol, 1 məhsuldar ötürmə), “Real”dan (Madrid) Vinisius Junior (2 matçda 2 qol) və “Atletik”dən (Bilbao) Aleks Berenqer (2 matçda 1 qol, 3 məhsuldar ötürmə) yer alıb.
Bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
