Ayın ən yaxşısı o seçildi
10.02.2025 , 14:00

Fransa çempionatında yanvar ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, PSJ-nin yarımmüdafiəçisi Usman Dembeledir.
Fransalı ulduz ötən ay Paris təmsilçisinin heyətində 4 oyununa çıxıb, 8 qol vurub.
PSJ hazırda 53 xalla turnir cədvəlində birinci pillədədir.
