Ayın ən yaxşısı o seçildi
07.02.2026 , 13:30
“Arsenal”ın hücumçusu Viktor Qyokereş klubun yanvar ayının ən yaxşı oyunçusu adına layiq görülüb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azarkeşlərin səsverməsində Qyokereş 48 faiz səs toplayaraq Qabriel Jezus, Martin Subimendi və Qabriel Martinellini qabaqlayıb. O, ötən ay komandası ilə 8 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Arsenal” hazırda Premyer Liqada 53 xalla liderdir. Komanda növbəti turda “Sanderlend”i qəbul edəcək.