Ayın ən yaxşısı o seçildi
18.04.2025 , 14:30

Almaniya Bundesliqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Borussiya”nın (Dortmund) müdafiəçisi Niko Şlotterbekdir.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu mart ayında çıxdığı 4 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
