Ayın ən yaxşısı kim olacaq?
04.01.2024 , 18:43

İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı oyunçusu mükafatına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, siyahıda 8 futbolçu yer alıb.
Namizədlər arasında Trent Aleksandr-Arnold (“Liverpul”), Mateus Kunya (“Vulverhempton”) , Mohamed Kudus ( “Vest Hem”), Maykl Olise ( “Kristal Pelas” ), Koul Palmer (“Çelsi”), Markos Senesi (“Bornmut”), Dominil Solanke (“Bornmut) və Son Hın Minin adı var(“Tottenhem”).
Qalib yanvarın 8-dək davam edəcək futbol mütəxəssislərinin rəyi və azarkeşlərin səsverməsi nəzərə alınmaqla müəyyənləşəcək.
