Ayın ən yaxşısı
19.03.2022 , 13:29

Almaniya Bundesliqasında fevral ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunkudur.
O, Robert Levandovski (“Bavariya”), Conas Hofmann, Marko Roys (hər ikisi “Borussiya”, Dortmund), Alassane Plea (“Borussiya”, Münhenqladbax) və Mussa Diabini (“Bayer”) qabaqlayıb.
24 yaşlı futbolçu fevral ayında 4 oyunda 5 qol vurub.
