Ayın ən yaxşısı
06.12.2024 , 11:30
İtaliya A seriyasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Fiorentina”nın futbolçusu Moyze Kindir.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu səsvermədə Alessandro Bonjorno (“Napoli”), Federiko Dimarko (“İnter”), Ademola Luqman (“Atalanta”), Kefren Turam (“Yuventus”) və Mattia Zakkanini (“Latsio”) qabaqlayıb.