Ayın ən yaxşısı
19.02.2022 , 16:19

Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Bavariya”nın hücumçusu Tomas Müllerdir.
O, ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
32 yaşlı Müller yanvarda 3 çempionat oyununa çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
