Ayın ən yaxşısı
12.09.2024 , 18:30
İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “İnter”in hücumçusu Markus Turamdır.
Futbolçu səsvermədə Saul Koko (“Torino”), Xviça Kvaratxeliya (“Napoli”), Dennis Man (“Parma”), Mateo Reteqi (“Atalanta”) və Duşan Vlahoviçi (“Yuventus”) qabaqlayıb.
O, ötən ay çempionatda 3 oyuna çıxıb və 4 qol vurub.