Ayın ən yaxşısı
24.05.2024 , 15:31

İtaliya A Seriyasında may ayının ən yaxşı məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperinidir.
Komanda may ayında çıxdığı 3 çempionat oyununun hər birində qələbə qazanıb.
“Atalanta” Avropa Liqasının final görüşündə “Bayer Leverkuzen”ə 3:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə çempion olub.
