Ayın ən yaxşısı
17.01.2024 , 09:37

Fransa Liqa 1-də dekabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Marsel”in hücumçusu Pyer-Emerik Obameyanqdır.
O, 2023-cü ilin son ayının ən yaxşı oyunçusu seçilib.
Futbolçu səsvermədə PSJ-dən Kilian Mbappe və “Lion”dan Aleksandr Lyakazetti qabaqlayıb.
