Ayın ən yaxşısı
04.11.2022 , 18:12

İngiltərənin “Mançester Yunayted” komandasında oktyabr ayının ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, Kazemiro komanda yoldaşlarını qabaqlayıb.
Braziliyalı yarımmüdafiəçi azarkeşlərin 34 faiz səsini toplayıb. Kazemiro Lisandro Martines (31%), Markus Reşford (19%) və Dioqo Dalotu (16%) qabaqlayıb.
