Ayın ən yaxşısı
01.10.2022 , 15:41

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusunun adı məlum olub.
Korner.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Federiko Valverde ötən ayın ən yaxşısı seçilib.
Uruqvaydan olan 24 yaşlı futbolçu sentyabrda La Liqa çərçivəsində meydana çıxdığı 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
