Ayın ən yaxşı qolunu kim vurub?
16.05.2025 , 20:58

Azərbaycan 1-ci liqasında “Ayın qolu” layihəsi çərçivəsində MOİK-in futbolçusu İbrahim Əliyev mükafatlandırılıb.
Korner.az xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun MOİK – “Mingəçevir” oyunundan əvvəl verilib.
Mükafatı Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
