Ayın ən yaxşı oyunçusu
29.05.2021 , 18:14

La Liqada may ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Atletiko”nun qapıçısı Yan Oblakdır.
Sloveniyalı qolkiper ayın ən yaxşı oyunçusu üçün səsvermədə Borxu İqlesias (“Betis”), Karlos Soler (“Valensiya”), Kasemiro (“Real” Madrid), Jerard Moreno (“Villarreal”), Joselu (Alaves) və Santi Minanı (“Selta”) qabaqlayıb.
