Ayın ən yaxşı oyunçusu
10.01.2025 , 16:00
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Nyuksl”ın hücumçusu Aleksander İsakdır.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
O, namizdələr arasında “Liverpul”dan Məhəmməd Salahı, “Çelsi”dən isə Koul Palmeri qabaqlayıb.
İsveçli forvard dekabr ayında Premyer Liqada 6 oyuna 8 qol vurub, 2 məhsuldar ötürmə verib.