Ayın ən yaxşı məşqçisi
16.01.2021 , 18:13

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, bu “Aston Villa”nın çalışdırıcısı Din Smitdi.
Onun komandası dekabr ayında keçirdiyi 5 görüşün heç birində uduzmayıb. 3 qələbə qazanan komanda 2 dəfə heç-heçə edib.
Qeyd edək ki, “Aston Villa” 26 xalla 8-ci pillədə qərarlaşıb.
