Ayın ən yaxşı futbolçusu
17.01.2025 , 16:30

İtaliya A Seriyasında 2024-cü ilin dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Roma”nın hücumçusu Paulo Dibaladır.
Bu barədə turnirin mətbuat xidməli məlumat yayıb.
Argentinalı futbolçu dekabrda keçirdiyi 5 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
