Ayın ən yaxşı baş məşqçisi kim seçildi?
24.02.2025 , 23:45

İspaniya La Liqasında fevral ayının ən yaxşı məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Barselona”nın çalışdırıcısı Hans-Diter Flikdir.
Almaniyalı mütəxəssis səsvermədə, “Xetafe”dən Xose Bordalası, “Valensiya”dan isə Karlos Korberanı qabaqlayıb.
“Barselona” bu ay 4 oyun keçirib və hamısında qələbə qazanıb.
