Ayın ən yaxşı baş məşqçisi
28.01.2026 , 23:30
İspaniya La Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Real Sosyedad”ın baş məşqçisi Pellegrino Matarazzodur.
San-Sebastyan klubu ötən ay çempionatda keçirdiyi 4 matçda əla oyun nümayiş etdirib.
Hal-hazırda “Real Sosyedad” La Liqa cədvəlində 8-ci yerdədir. Növbəti matçını fevralın 1-də səfərdə “Atletik” (Bilbao) komandası ilə keçirəcək.