Ayın ən yaxşı baş məşqçisi
07.02.2025 , 19:17

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Bornmut”un baş məşqçisi Andoni İraoladır.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssisin rəhbərliyi ilə komanda ötən ay 4 matçda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
