Ayazın komandasından məğlubiyyət
18.04.2022 , 13:56

Rusiya Premyer Liqasında XXV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” növbəti matçına çıxıb.
Tula təmsilçisi “Rostov”la üz-üzə gəlib. Görüş “Arsenal”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ayaz bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan azərbaycanlı oyunçu sonadək mübarizə aparıb.
“Arsenal” geridə qalan 25 turda 21 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
