Ayazın komandasından heç-heçə
03.05.2022 , 16:51

Rusiya Premyer Liqasında XXVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” növbəti matçına çıxıb.
Tula təmsilçisi “Nijni Novqorod”u qəbul edib. Oyun 2:2 hesablı heç-heçə ilə bitib.
Meydana start heyətində çıxan Quliyev sonadək oyunda olub.
Hazırda “Arsenal” 22 xalla sonuncu pillədə qərarlaşıb.
