Ayaz Quliyevsiz qələbə
15.03.2020 , 17:29

Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Orenburq”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Ayaz bu görüşün iştirakçısı olmayıb.
“Spartak” 22 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.
