Ayaz Quliyevin yeni klubu
08.07.2022 , 21:38

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyada klubunu dəyişib.
Korner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Ximki”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Quliyevlə 2 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu Tula “Arsenal”ı olub.
