Ayaz Quliyev yenidən Rusiyaya qayıtdı
26.01.2026 , 20:30
“Sabah”la vidalaşan Ayaz Quliyev karyerasını Rusiyada davam etdirmək qərarına gəlib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Rusiyanın “Arsenal” klubunun sıralarına qoşulub.
Tula təmsilçisi futbolçunun transferini rəsmi olaraq açıqlayıb. Ayaz Quliyev daha əvvəl də bu klubun formasını geyinib.
Xatırladaq ki, 2023-cü ildən “Sabah”da çıxış edən futbolçu bu müddət ərzində 54 oyunda meydana çıxıb.