Ayaz Quliyev ən yaxşı futbolçu seçildi
30.10.2018 , 13:40

“InStat Index”in nəticəsinə əsasən, “Rostov” futbolçusu Ayaz Quliyev Rusiya Premyer Liqasında 12-ci turun ən yaxşı futbolçusu seçilib.
Azərbaycanlı oyunçu 361 balla birinci olub. Antonio Eder (“Lokomotiv”) 357 balla 2-ci, Sebastyan Holmen (“Dinamo”)341 balla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Rsotov” 12-i turda evdə “Anji”yə 1:0 hesabı ilə qalib gəlib. A. Quliyev bu matçda sonadək meydanda olub və 25-ci dəqiqədə sarı vərəqə alıb.
