Futbol

Ayaz oynamadı, komandası…

09.12.2019 , 19:40

Rusiya Premyer Liqasında 19-cu tura yekun vurulub.

Korner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı evdə “Rostov”la qarşılaşıb. Quliyevin komandası doğma meydanda 1:4 hesabı ilə məğlub olub.

Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.

Hazırda “Spartak” 22 xalla 10-cu pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı