AFFA Ayaz Abdullayevlə bağlı şikayəti təmin etmədi
11.04.2025 , 18:54

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı 2-ci liqada mübarizə aparan “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.
Korner.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ayaz Abdullayev 19-cu turda “Ağdaş”la keçirilən matç bitdikdən sonra hakimi təhqir edib. Klub rəsmisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb, Klub isə 400 manat cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.
