Hollandiyanın “Ayaks” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, Marsel Kayzer Amsterdam təmsilçisinin baş məşqçisi postuna təyin edilib. Buna qədər 48 yaşlı mütəxəssis “Ayaks”ın gənclərdən ibarət komandasını çalışdırırdı. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kayzer bu vəzifədə Dortmund “Borussiya”sına rəhbərlik edəcək Peter Boşu əvəzləyib.
