“Ayak”sın və Qana millisinin sabiq üzvü Yakubu Abubakar vəfat edib
Yarımmüdafiəçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
36 yaşlı Abubakar vətəni Qanada Tema Dövlət xəstəxanasında keçinib.
Qeyd edək ki, 1999-2005-ci illər aralığında “Ayaks”ın şərəfini qoruyan futbolçu Qana yığması ilə 2006-cı ildə dünya çempionatının da iştirakçısı olub.
