“Ayaks”dan “Trabzonspor”a
30.08.2022 , 20:38

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Qaradəniz təmsilçisi “Ayaks”dan Naci Ünüvarı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında “Trabzonspor”da keçirəcək.
Naci Ünüvar “Ayaks”ın yetirməsidir.
