“Ayaks”dan “Fulhem”ə
29.07.2023 , 23:33

“Ayaks”ın futbolçusu Kalvin Bassi karyerasını İngiltərədə davam etdirəcək.
Korner.az xəbər verir ki, nigeriyalı müdafiəçi “Fulhem”ə keçib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
