“Ayaks”ın qapıçısı Yasper Sillessen karyerasını Türkiyə superliqasında davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, hollandiyalı qolkiperlə “Beşiktaş” yaxından maraqlanır.
Yaxın vaxtlarda İstanbul təmsilçisi “Ayaks”la danışıqlara başlayacaq.
Tərəflər arasında razılıq əldə olunsa, 26 yaşlı qapıçı yanvar ayından “Beşiktaş”ın şərəfini qoruyacaq.
