“Ayaks”dan “Beşiktaş”a addım-addım
16.07.2024 , 23:11

“Beşiktaş” cinah transferi üçün yenidən Stiven Berquisi gündəmə gətirib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi “Ayaks”da çıxış edən futbolçu ilə görüşüb.
Super Liqa klubu bu keçid üçün istəklidir.
Stiven Berquis ötən mövsümdə “Ayaks” forması ilə 29 oyun keçirib. 32 yaşlı futbolçu bu matçlarda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.
