“Ayaks”dan ayrılır, Türkiyəyə qayıdır
10.01.2025 , 15:45
“Fənərbağça” müdafiə xəttini gücləndirmək üçün transfer çalışmalarına başlayıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi iki müdafiəçi və bir sol cinah müdafiəçini heyətinə cəlb etmək istəyir.
Türkiyə klubu bunun üçün “Ayaks”da çıxış edən Ahmetcan Kaplana üz tutub.
Bu barədə “Fanatik” məlumat yayıb.
Yayılan xəbərə görə, Super Liqa nəhəngi gənc oyunçu üçün Hollandiya nəhəngi ilə danışıqlara başlayıb.
“Ayaks” 21 yaşlı müdafiəçini 2022-ci ilin yayında 9,5 milyon avroya “Trabzonspor”dan heyətinə qatıb. Kaplanın klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.
Mina Musayeva