“Ayaks”da yeni müqavilə
25.07.2020 , 14:22

“Ayaks”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Niderland təmsilçisi hücumçusu Naci Ünüvarla müqavilənin müddətini uzadıb.
17 yaşlı hücumçu 2022/23 mövsümünün sonuna kimi komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, futbolçu “Ayaks”ın öz yetirməsidir.
