“Ayaks”da ciddi itki
17.09.2024 , 16:50
“Ayaks”ın zədəli futbolçusu Stiven Berquisdən bəd xəbər gəlib.
Korner.az xəbər verir ki, Hollandiya təmsilçisinin baş məşqçi Françesko Farioli açıqlamasında Berquisin zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacağını bildirib:
“Steven zədəsi səbəbindən ən azı 4 həftə oynaya bilməyəcək”.
UEFA Avropa Liqasının ilk oyununda “Ayaks” “Beşiktaş”ı qəbul edəcək. 32 yaşlı futbolçu zədəsi səbəbindən bu görüşdə meydana çıxa bilməyəcək.